Azər Əliyevli “Ufa” doğma meydanda 1 xalla kifayətləndi

Futbol üzrə Rusiya Premyer Liqasında 10-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti oyununa çıxıb.

Sözügedən komanda doğma meydanda “Rotor”la qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 89-ci dəqiqədə əvəzlənib. Əliyev 82-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Ufa” 10 oyuna topladığı 6 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button