Azər Əliyevli “Tambov” “Dinamo” ilə bacarmadı

Futbol üzrə Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Azər Əliyevin formasını geyindiyi “Tambov” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Moskva “Dinamo”su ilə qarşılaşıb. “Tambov” bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Tambov” bu mövsüm Rusiya Premyer Liqasında keçirdiyi 21 oyunda cəmi 13 xal toplaya bilib və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button