“Azərreyl” “Çağırış kuboku”nda iştirakdan imtina etdi

“Azərreyl” voleybol klubu növbəti mövsümdə “Çağırış kuboku”nda iştirakdan imtina edib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klub, dünyada və eləcə də ölkədə cərəyan edən koronavirus pandemiyası ilə əlaqədar olaraq belə addım atdığını bildirib. Oyunçuların sağlamlığını əsas götürərək, Azərbaycan Voleybol Federasiyasının və “Azərreyl” klubunun ortaq qərarı bu yöndə olub.