Azərbaycanlı idmançı çempionluq kəmərini qorumaq üçün döyüşə çıxacaq

Azərbaycan döyüşçüsü Nəriman Abbasov “Fight Nights Global”da yüngül çəkidə növbəti görüşünə çıxacaq. 

Komanda.az xəbər verir ki, 26 yaşlı Abbasov çempionluq kəmərini qorumaq üçün Rusiya təmsilçisi Mixail Qoqitidze ilə üz-üzə gələcək. 

Sentyabrın 25-də keçiriləcək döyüş saat 18:00-da başlayacaq.