Mahir Emrelinin baş məşqçisi istefaya göndərilə bilər

Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” (Polşa) klubunda baş məşqçi Çeslav Mixneviçlə yollar ayrıla bilər.

Komanda.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb. Xəbərdə, komandanın uğursuz çıxışlarına görə Mixneviçlə yolların ayrıla biləcəyi qeyd olunub.

“Legiya” Polşa Ekstraklasasında 12 turdan sonra 9 xalla 15-ci pillədə qərarlaşıb.