Azərbaycanlı hakimin təyinat aldığı Avroliqa matçı təxirə salına bilər

UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçirilməli olan “Styaua” (Rumıniya) – “Slovan” (Çexiya) oyunu təxirə salına bilər.

Komanda.az xəbər verir ki, buna səbəb “Styaua”nın heyətində 5 futbolçunun koronavirusa yoluxmasıdır. Klub oyunun vaxtının dəyişdirilməsi ilə bağlı UEFA-ya müraciət edib.

Bu oyunu azərbaycanlı referi Əliyar Ağayev idarə etməlidir.