Azərbaycanlı güləşçi üçün bürünc medal şansı

Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir.

Komanda.az xəbər verir ki, bu gün 60, 63, 82, 97 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Böyüklər arasında ilk yarışına çıxan Nihat Məmmədli dünya ikincisi və Avropa çempionu olmuş Moldova güləşçisinə uduzub.

Taleh Məmmədov ilk görüşdə Ukrayna güləşçisinə rahat qalib gəlib. Ancaq növbəti mərhələdə rusiyalı güləşçi keçilməz olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz dekabrın 14-də təsəlliverici görüşə çıxacaq.

Beka Kandelaki debütdə son Avropa çempionuyla qarşılaşsa da, Rumıniya idmançısı üzərində əzmkar qələbə qazanıb. 1/4 finalda Almaniya təmsilçisinə cəmi 1 dəqiqə 14 saniyə ərzində “tuşe” ilə qalib gələn millimizin üzvü yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Türkiyə idmançısıyla bacarmayan Beka dekabrın 14-də bürünc medal üçün mübarizə aparacaq.

Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

60 kq
1/8 final: Nihat Məmmədli – Viktor Çiobanu (MDA) 0:7

63 kq
1/8 final: Taleh Məmmədov – Aleksey Masik (UKR) 9:1
1/4 final: Taleh Məmmədov – Jambolat Lokyayev (RUS) 0:2
Təsəlliverici görüş: Taleh Məmmədov – Mateuş Şevçuk (POL)

130 kq
1/8 final: Beka Kandelaki – Alin Kiurariu (ROU) 3:1
1/4 final: Beka Kandelaki – Eduard Popp (GER) 4:0 (tuşe)
1/2 final: Beka Kandelaki – Osman Yıldırım (TUR) 1:9
Bürünc medal görüşü: Beka Kandelaki – Rafal Krayevski (POL) / Hemza Haloui (ALG)