Azərbaycanlı futbolçular Latviyada növbəti məğlubiyyətə üzüldülər

Futbol üzrə Latviya çempionatında 15-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Asim Əlizadə və Şakir Seyidovun formasını geyindikləri “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Spartak”la qarşılaşıb. Futbolçularımızın komandası bu oyunda 0:2 hesablı məğlubiyyətlə üzləşib.

Şakir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Asim isə sonadək ehtiyatda qalıb.

“Dauqavpils” Şakiri “Sabah”dan, Asimi isə “Neftçi”dən icarəyə götürüb. Sözügedən komanda 15 turdan sonra 15 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.