Azər Əliyev üçün 3 rəqib

Azərbaycanlı futbolçular Azər Əliyev və Turqay Möhbalıyevin formasını geyindiyi “Ufa” klubu təlim-məşq toplanışının 3-cü mərhələsi üçün İspaniyaya yollanıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Ufa” klubu İspaniyadakı hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Premyer Liqa təmsilçisi fevralın 18-də İsveçrənin “Rappersvil”, 22-də Moskvanın ÇSKA və 23-də Çinin “Dalyan İfan” klubuyla qarşılaşacaq.

“Ufa”da forma geyinən azərbaycanlı futbolçu Azər Əliyev komanda ilə birgə İspaniyaya yollanıb. Ancaq digər azərbaycanlı oyunçu Turqay Möhbalıyev isə heyətdən kənarda qalıb.