Azərbaycanlı futbolçu Ukraynada klubunu dəyişdi

Ukraynanın “Minay” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, elita təmsilçisi azərbaycanlı yarımmüdafiəçi Eldar Quliyevi transfer edib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

19 yaşlı futbolçu “Mariupol”dan ayrılaraq “Minay”a keçib. Quliyev Azərbaycan millisinə namizəd futbolçulardan biridir.

Hazırda “Minay”da Azərbaycan millisinin hücumçusu Rüstəm Əhmədzadə də çıxış edir.