Fərid Nəbiyev Çexiyada dubla imza atdı

Azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi Çexiyanın “Viktoriya” (Jijkov) komandası yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, “Vratimov” (Çexiya) klubuna qarşı keçirilən matçda Jijkov təmsilçisi 4:1 hesabı ilə qələbə qazanıb.

Fərid Nəbiyev də sözügedən matçın iştirakçısı olub. 22 yaşlı yarımmüdafiəçi “Vratimov”la oyunda 2 qol vurub.

“Viktoriya” Çexiyanın 2-ci liqasında çıxış edir. Komanda 16 turdan sonra 10 xalla turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.