Azərbaycanlı hakimin adı FİFA-nın siyahısından çıxarıldı – karyerasını bitirdi

Azərbaycanlı futbol hakimi Yaşar Abbasov karyerasını başa vurub. 

Komanda.az xəbər verir ki, bu barədə Abbasov özü açıqlama verib. O, FİFA-nın siyahısından çıxarılmasını da bununla əlaqələndirib:

“Artıq qərarımı verərək, hakimliyi bitirmişəm. Çox ciddi zədəm var. Müəyyən müddət müalicə lazımdır. Fikirləşdim ki, yaşım da az olmadığından, onu müalicə etdirib, bərpa prosesi keçənə kimi hakimliklə vidalaşım”. 

39 yaşlı Abbasov təkcə beynəlxalq arenada deyil, yerli yarışlarda da olmayacağını bildirib:

“Əvəzedilməz insan yoxdur. Yerli yarışlarla vidalaşdığım üçün beynəlxalq karyeram da bitdi” (Apasport). 

2006-cı ildən hakimliyə başlayan Abbasov 3 il sonra Premyer Liqada debüt edib. 2012-ci ildən isə FİFA dərəcəli hakim köməkçisi statusu alıb.