“Azərbaycanla oyunda uğur qazanmağımız üçün əlimdən gələni edəcəm”

Futbol üzrə Monteneqro yığmasının müdafiəçisi Marko Şimiç UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçiriləcək oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, 33 yaşlı futbolçu sabah meydana qələbə üçün çıxacaqlarını bildirib:

“Komandamın iki möhtəşəm qələbə qazandığı əvvəlki toplanışda olmadığım üçün təəssüflənirəm. Hazırda komanda ilə birgəyəm və həmişə olduğu kimi, uğur qazanmağımız üçün əlimdən gələni edəcəm. Hər oyun vacib və həlledicidir. Hər oyuna çox köklənəndə bu, bəzən yaxşı nəticə üçün kifayət etmir”.

Qeyd edək ki, sabah Podqoritsada keçiriləcək Monteneqro – Azərbaycan oyununa Bakı vaxtı ilə 17:00-da start veriləcək.