Azərbaycanın veteran futbolçusu vəfat etdi

Azərbaycanın veteran futbolçusu Hikmət Nəsirov dünyasını dəyişib.

Komanda.az “Turan Tovuz” klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, sabiq məşqçi 56 yaşında vəfat edib.

Klubdan verilən məlumata görə, Nəsirov şəkərli diabetdən əziyyət çəkib və bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Hikmət Nəsirov Azərbaycan millisinin sabiq futbolçusu, hazırda klubsuz olan Budaq Nəsirovun atasıdır.

Hikmət Nəsirov UGİM (Tovuz) komandasında məşqçi kimi fəaliyyət göstərirdi. O, futbolçu karyerasında Tovuz təmsilçisi “Məhsul”un formasını geyinib.