Azərbaycanın U-21 millisi Küveyt yığması ilə qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə mayın 22-dən 30-dək Bakıda təlim-məşq toplanışı olacaq.

Komanda.az xəbər verir ki, millimiz hazırlıq prossesi çərçivəsində mayın 26-da, saat 17:00-da Sumqayıtdakı “Kapital Bank Arena”da Küveytin 23 yaşadək futbolçulardan ibarət yığma komandası ilə yoxlama oyunu keçirəcək.

Millimizin hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

  1. Əkpər Vəliyev – Şamaxı
  2. Nicat Mehbalıyev – Qəbələ
  3. Yusif İmanov – Sabah
  4. Eldar Tağızadə – Klermon (Fransa)
  5. Rauf Hüseynli – Qarabağ
  6. Arsen Ağcabəyov – Sabah
  7. Rüfət Əhmədov – Qəbələ
  8. Zamiq Əliyev – Qarabağ
  9. Rəhim Cəfərli – Qarabağ
  10. Elçin Mustafayev – Şamaxı
  11. Nihad Quliyev – Qarabağ
  12. Elvin Cəfərquliyev – Qarabağ
  13. Ceyhun Nuriyev – Sabah
  14. Səbuhi Abdullazadə – Sumqayıt
  15. Fərid Yusifli – Neftçi
  16. İsmayıl Zülfüqarlı – Neftçi
  17. Emil Səfərov – Qəbələ
  18. Rüfət Abdullazadə – Sumqayıt
  19. Ədilxan Qarəhmədov – Səbail
  20. İldar Ələkbərov – Sabah
  21. Abdulla Xaybulayev – Sabah
  22. Rüstəm Əhmədzadə – Qarabağ
  23. Musa Qurbanlı – Qarabağ

Qeyd: “Qarabağ” klubunun üzvləri Musa Qurbanlı, Rüstəm Əhmədzadə və Elvin Cəfərquliyev Azərbaycan kubokunun final qarşılaşmasından sonra düşərgəyə qoşulacaq.