Azərbaycanın iştirak edəcəyi turnir təxirə salındı

Beynəlxalq Basketbol Federasiyası turnirlərlə bağlı yeni qərar verib.

Komanda.az xəbər verir ki, qurum, iyun ayında keçirilməsi planlaşdırılan bütün turnirləri ləğv edib. Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

Federasiya dünən keçirilən video-konfransda bu barədə qərarın qəbul olunduğunu bildirib. Bu da o deməkdir ki, Azərbaycanın iştirak edəcəyi kiçik ölkələrin Avropa çempionatı da baş tutmayacaq. Turnirin keçirilmə vaxtı qurumun may ayında keçiriləcək növbəti iclasında təqdim olunacaq.

Kiçik ölkələrin Avropa çempionatında Azərbaycan B qrupunda Ermənistan, İrlandiya və Andorra ilə qarşılaşacaqdı.