Azərbaycanın Avropa Liqası rekordçuları

UEFA Avropa Liqası tarixində ən çox oyun keçirən futbolçuların siyahısını açıqlayıb.

Komanda.az xəbər verir ki, siyahıda azərbaycanlı futbolçular da yer alıb.

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov 66 oyunla 21 – 25-ci yerləri bölüşdürür.

38 yaşlı müdafiəçi ilə yanaşı, belçikalı Entso Şifo və Timmi Simons, danimarkalı Mayk Yensen və isveçli Stefan İsicaki 66 matçda meydanda olub.

Azərbaycan millisinin və “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev 63 oyunla 27 – 29-cu yerləri bölüşdürür. 31 yaşlı futbolçu ilə bosniya və herseqovinalı Senad Luliç və şotlandiyalı David Narey eyni sayda görüşə çıxıb.

Hazırda “Keşlə”nin oynayan məşqçisi olan Rəşad Sadiqov 55 oyunla 77 – 85, Azərbaycan yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev 53 oyunla 94 – 109-cu yerləri bölüşür.

Rəşad Sadıqov 6, Maksim Medvedev 2, Rəşad Sadiqov isə 5 dəfə rəqib qapılarına yol tapa bilibsə, Qara Qarayev qol vurmayıb.