“World Masters”: Azərbaycanın iki cüdoçusu finalda

Azərbaycanın iki cüdoçusu Zelim Kotsoyev (-100 kq) və İrina Kindzerska (+78 kq) Dohada keçirilən nüfuzlu “World Masters” yarışının finalına yüksəlib.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

İrina Kindzerska həlledici görüşdə fransalı Romana Dikkonla, Kotsoyev isə gürcüstanlı Varlam Lipateliani ilə qarşılaşacaq.