Azərbaycanı cüdoçuları “Böyük Dəbilqə”nin son günündə medalsız qaldı

İsrailin paytaxtı Təl-Əviv şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” yarışına yekun vurulub.

Komanda.az xəbər verir ki, Azərbaycan cüdoçuları Məmmədəli Mehdiyev və Zelim Kotsoyev beynəlxalq turnirin son günündə bürünc medal görüşünə çıxıblar.

-90 kq çəki dərəcəsində çıxış edən Mehdiyev Gürcüstan təmsilçisi Beka Gviniaşvili ilə üz-üzə gəlib. Rəqibinə uduzan cüdoçumuz medal şansını əldən verib və 5-ci yeri tutub.

-100 kq-dakı Zelim Kotsoyev isə bürünc medal uğrunda rusiyalı Niiaz İliasovla qarşılaşıb. Görüşdə məğlub olan Kotsoyev turniri 5-ci pillədə başa vurub.

Bu gün tatamiyə çıxan cüdoçulardan +100 kq-da Uşangi Kokauri Ben Spiykersə (Niderland), Camal Feyziyev isə Serafim Kompanyesə (İsrail) məğlub olub.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən Davud Məmmədsoy (-60 kq) qızıl medal qazanıb. -66 kq-dakı Nicat Şıxəlizadə yeddinci olub.