Azərbaycandan təklif alan futbolçu Türkiyə klubuna keçir

Rusiyalı futbolçu Artyom Dzyubanın yeni klubu tezliklə məlum ola bilər.

Komanda.az xəbər verir ki, 33 yaşlı hücumçu karyerasını Türkiyədə davam etdirməyə yaxındır. “Adana Dəmirspor” Rusiya millisinin üzvünün keçidində maraqlıdır. Super Liqa təmsilçisi “Zenit”dən ayrılaraq azad agent statusu daşıyan futbolçu ilə rəsmi danışıqlara başlayıb.

Dzyuba ilə bir müddət əvvəl Azərbaycan klublarının da maraqlandığı haqda xəbərlər yayılmışdı.

“Adana Dəmirspor”da Mario Balotelli və Yaroslav Rakitski kimi tanınmış futbolçular forma geyinir.

Bizi Telegramda izləyin