Azərbaycanda oynamış keçmiş futbolçu vəfat etdi – 49 yaşında

Azərbaycanda “Turan” və “MKT-Araz” klublarında çıxış etmiş Tengiz Siçinava vəfat edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi 49 yaşında vəfat edib. Mərhumun ölüm səbəbi açıqlanmayıb.

Gürcüstanlı Tengiz Siçinava 2005-ci ildə “Turan”ın, bir il sonra isə “MKT-Araz”ın formasını geyinib. Gürcüstan yığmasında 10 oyuna çıxan Tengiz 2007-ci ildə karyerasını bitirib.