“Azərbaycanda özümü legioner kimi hiss etmirdim” – “Sumqayıt”ın sabiq futbolçusu

“Sumqayıt”ın sabiq futbolçusu Kərəm Sultanov açıqlama verib.

Komanda.az xəbər verir ki, Qazaxıstanın “sports.kz” saytının suallarını cavablandıran Sultanov, “Sumqayıt”dan ayrılmasının səbəbinin kilo problemi olması ilə bağlı iddialar barədə danışıb:

“Sumqayıtla” qarşılıqlı anlaşıb, ayrıldım. Yeni ildən sonra Qazaxıstana qayıtmağım problemli olacaqdı. Klub mənə müqaviləni ləğv etməyi təklif etdi. Klubdan təzminat almadan ayrıldım. Heç kimin borcu qalmadı. Düzdür, sürətli kilo alıram, amma Azərbaycana gələn kimi normal məşqlərə başladım və çəki atdım”.

Sultanov, Azərbaycana gəmi ilə gəldiyini də bildirib:

“İki gün Aktaudan gəmi ilə yol gəldim. Mənə dedilər ki, bütün problemləri özün həll et. Çalışdım, alınmadı. Klub da hansısa açıqlama vermədi. Buna görə də, ayrılmalı oldum.

Azərbaycanda özümü legioner kimi hiss etmirdim. Premyer Liqanın səviyyəsi bizimkindən fərqli deyil, hətta Qazaxıstandan daha yaxşıdır. Dil bənzərliyi var. Danışmaq bir az çətin olsa da, başa düşürdüm. Komanda rusca danışa bilmirdi”.