Azərbaycanda federasiya rəsmisi süni tənəffüs aparatına qoşuldu

Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlu koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu ayın əvvəlindən səhhətində problem yaşanan Əşrəfoğlu bir neçə gün öncə “Yeni klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib.

Jurnalistin müalicə aldığı xəstəxanadan verilən məlumata görə, onun ağciyərlərində 85 faiz buzlu şüşə aşkarlanıb. Əşrəfoğlunda həm də kəskin tənəffüs və böyrək çatışmazlığı müşahidə edilir. Xəstə hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdədir. Saturasiyası 70 faizdir, ümumi vəziyyəti qənaətbəxş deyil.