Azərbaycan yığmasının üzvü cəzalı duruma düşdü

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Bədavi Hüseynov cəzalı duruma düşüb.

Komanda.az xəbər verir ki, o, bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Monteneqro ilə səfər matçında sarı vərəqə ilə cəzalanıb.

Daha öncə Kiprlə səfər matçında da sarı vərəqə alan “Qarabağ”ın futbolçusu, növbəti oyunu buraxmalı olacaq.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı növbəti matçını oktyabrın 13-da Albaniyadakı “Elbasan Arena”da Kipr yığmasına qarşı keçirəcək.