Azərbaycan yığmasının rəqibi üçün 31 futbolçu

Futbol üzrə Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Uels yığmasının heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, baş məşqçi Rayan Giqqz martın 21-də Trinidad və Tobaqo ilə yoldaşlıq, 3 gün sonra isə Slovakiya ilə seçmə mərhələ oyunları üçün yığmaya 31 futbolçu çağırıb:

Qapıçılar: Ueyn Hennessi (“Kristal Pelas”, İngiltərə), Denni Uord (“Lester”, İngiltərə), Adam Deyvis (“Barnsli”, İngiltərə), Kris Maksvell (“Çarlton”, İngiltərə);

Müdafiəçilər: Kris Qanter (“Ridinq”, İngiltərə), Eşli Uilyams (“Stok Siti”, İngiltərə), Ben Devis (“Tottenhem”, İngiltərə), Nil Teylor (“Aston Villa”), Konnor Roberts (“Suonsi”, Uels), Etan Ampadu (“Çelsi”, İngiltərə), Deklan Con (“Suonsi”, Uels), Tom Lokyer (“Bristol”, İngiltərə), Kris Mefam (“Bornmut”, İngiltərə), Pol Dammet (“Nyukasl”, İngiltərə), Ceyms Lourens (“Anderlext”, Belçika), Rayan Hedces (“Barnsli”, İngiltərə);

Yarımmüdafiəçilər: Aaron Remzi (“Arsenal”, İngiltərə), Co Allen (“Stok Siti”, İngiltərə), Devid Bruks (“Bornmut”, İngiltərə), Ben Vudbern (“Liverpul”, İngiltərə), Qarri Uilson (“Derbi Kaunti”, İngiltərə), Mettyu Smit (“Tvente”, Hollandiya), Li Evans (“Uiqan”, İngiltərə), Deniel Ceyms (“Suonsi”, Uels), Uill Vauks (“Rotteryem”, İngiltərə), Corc Tomas (“Skantorp”, İngiltərə), Rabbi Matondo (“Şalke”, Almaniya);

Hücumçular: Qaret Beyl (“Real”, İspaniya), Tom Lourens (“Derbi Kaunti”, İngiltərə), Sem Vouks (“Stok Siti”, İngiltərə), Tayler Robert (“Lids”, İngiltərə).