De Byazi Polşa millisində baş məşqçi postuna namizədlər arasında

Azərbaycan yığmasının çalışdırıcısı Canni De Byazi Polşa milli komandasında baş məşqçi postuna namizədlər arasındadır.

Komanda.az xəbər verir ki, bu barədə “sport.pl” portalı məlumat yayıb. Xəbərdə, italyan mütəxəssisin yığmanın baş məşqçi postu üçün namizədlər arasında olduğu bildirilib.

Polşa millisində Eji Bjençekdən boşalan baş məşqçi vəzifəsinə namizədlər arasında “Torino”dan ayrılan Marko Campaolo da var.

De Byazinin Azərbaycan millisi ilə müqaviləsi 2022-nin yayına qədərdir.