Azərbaycan yığmasından Yunanıstan üzərində qələbə

İspaniyanın Salou şəhərində təşkil olunmuş “ANOC World Beach Soccer Games ” turnirində çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, millimiz bu dəfə Yunanıstan yığması ilə qarşılaşıb.

5:3 hesabı ilə qalib gələn komandamızın heyətində Amid Nəzərov dubl edib, Orxan Məmmədov, Asif Zeynalov və Ramil Əliyev hərəyə bir qol vurub.

Xatırladaq ki, millimiz daha öncə Ukraynaya 4:6 hesabıyla uduzub, Norveçə 3:2, Almaniyaya 5:4 qalib gəlib.