Azərbaycan yığmasından “Sumqayıt”la heç-heçə

Hazırda təlim-məşq toplanışında olan Azərbaycanın U-19 yığması “Sumqayıt”la yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, qarşılaşma bu gün “Dalğa Arena”da baş tutub.

“Sumqayıt” bu matçda Premyer Liqanın son turu çərçivəsində qarşılaşdığı “Sabah”la oyunda ikinci hissədə meydanda olan və forma şansı qazanmayan futbolçuların xidmətindən yararlanıb.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb – 0:0.