Azərbaycan yığması üçün AÇ-də uğursuz gün

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.

Onların hamısı mübarizəni erkən dayandırmalı olublar.

57 kq
Təsnifat – İslam Bazarqanov – Andrey Yatsenko (UKR) 2:12

65 kq
1/8 final – Turan Bayramov – Sain Kazirik (RUS) 7:8

70 kq
Təsnifat – Davud İbrahimov – Razambek Camalov (RUS) 1:11

79 kq
1/4 final – Rəşad Yusifli – Tariel Qaprindaşvili (GEO) 7:9
Təsnifat – Rəşad Yusifli – Mattias Şmidt (GER) 8:1

97 kq
1/4 final – Əliməhəmməd Alixmayev – Givi Matçaraşvili (GEO) 0:11