Azərbaycan yığması MOİK-ə məğlub oldu

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, yığmamız MOİK-lə qarşılaşıb. U-17 bu görüşdə 0:2 hesabı ilə məğlub olub.