Azərbaycan yığmaları üçün son təlim-məşq toplanışı

İyunun 25-dən 30-dək Belarusun paytaxtı Minskdə II Avropa Oyunları çərçivəsində güləş yarışları keçiriləcək.

Komanda.az xəbər verir ki, oyunlarda ölkəmizi 6 sərbəst, 5 yunan-Roma və 5 qadın güləşçi təmsil edəcək. Yığmalarımız məsul yarış ərəfəsində son hazırlıq prosesinə start verib. Sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz sonuncu təlim-məşq toplanışı Olimpiya Güləş Mərkəzində keçir. Göygöldə daha çox fiziki məşqlər keçirilmişdisə, Bakıda taktiki-texniki çalışmalara üstünlük veriləcək. Yunan-Roma güləşçilərimiz Estoniya və İsveç yığmalarının üzvləriylə birgə toplanış keçir.

Qadınlarımız isə iyunun 8-dən Belarusdadır. Oyunların keçiriləcəyi məkana daha öncədən yollanan millimiz yarışa qədər Minskdə yerli komandayla birgə toplanışı davam etdirəcək.