“İdman” TV-nin əməkdaşları koronavirusa yoluxdu

“Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) daha iki əməkdaşı koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, “İdman” TV-nin əməkdaşları Fikrət Adıgözəlli və Rövşən Binnətli koronavirusa yoluxub.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib.