Premyer Liqa: 7-ci turun rəmzi komandası FOTO

Azərbaycan Premyer Liqasının 7-ci turunun rəmzi komandası məlum olub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, son turda “Sabah”ı 2:0 hesabıyla məğlub edən “Qarabağ”dan 4 futbolçu rəmzi komandada yer alıb:

Qapıçı: Stanislav Namaşko (“Keşlə”);

Müdafiəçilər: Faysal Rerras (“Qarabağ”)-2, Anastasios Papazoqlu (“Zirə”), Miyusko Boyoviç (“Keşlə”)-2, Abbas Hüseynov (“Qarabağ”)-6;

Yarımmüdafiəçilər: Stiven Monroz (“Neftçi”)-2, Merab Qiqauri (“Qəbələ”)-2, Şafik Tiqrudja (“Zirə”)-2, Dani Kintana (“Qarabağ”)-2;

Hücumçular: Maqaye Qeye (“Qarabağ”)-3, Klesio Bauk (“Qəbələ”).

Qeyd: Oyunçuların adının sonundakı rəmzi komandaya düşmə sayıdır.