Beqoviç rəmzi komandada FOTO

Azərbaycan Premyer Liqasının 4-cü turunun rəmzi komandası məlum olub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, “Qarabağ”ın yeni transferi Asmir Beqoviç “Neftçi” ilə oyunda (2:0) debüt edib və sərgilədiyi oyunla rəmzi komandaya düşüb:

Qapıçı: Asmir Beqoviç (“Qarabağ”);

Müdafiəçilər: Ailton Silva (“Qarabağ”)-2, Turan Manafov (“Səbail”), Bədavi Hüseynov (“Qarabağ”), İlkin Qırtımov (“Keşlə”);

Yarımmüdafiəçilər: Abdullah Zubir (“Qarabağ”), Şafik Tiqrudja (“Zirə”), Markos Madera (“Qarabağ”)-3, Tellur Mütəllimov (“Zirə”);

Hücumçular: Xulio Sezar Rodrigez (“Zirə”), Lorenzo Frutos (“Keşlə”)-2.

Qeyd: Oyunçuların adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayıdır.