“Sabah”ın 50-ci sınağı, mövsümdə ilk

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümündə ilk böyükhesablı nəticə qeydə alınıb.

Komanda.az xəbər verir ki, bu, 2-ci turun son görüşünə təsadüf edib. “Sabah” “Qəbələ”yə qarşı ev oyununda 3 cavabsız qol vurub.

Bu görüş paytaxt təmsilçisinin Premyer Liqada 50-ci matçı olub. 2018/19 mövsümündə 28, ötən çempionatda 20 görüşə çıxan bakılılar 2-ci turda 50-yə çatıb. “Sabah” bu matçlarda 13 qələbə qazanıb, 12 heç-heçə edib və 25 dəfə uduzub. Coşqun Diniyevin “Qəbələ”nin qapısından keçirdiyi top paytaxt təmsilçisinin Premnyer Liqada yubiley – 40-cı qolu olub. Hesabında 42 top olan bakılılar 70 qol buraxıb.