“Zirə” – “Keşlə”: 21-ci duel

Azərbaycan Premyer Liqasının 10-cu turunda “Zirə”nin rəqibi “Keşlə” olacaq.

Komanda.az xəbər verir ki, “qartallar” paytaxt təmsilçilərinin duelinə evdə çıxacaq. 1-ci dövrədə rəqibini 3:2 hesabı ilə məğlub edən “qartallar” tarixində 21-ci dəfə “Keşlə” ilə üz-üzə gələcək.

Əvvəl “İnter” adlanan rəqiblə ilk görüş 2015/16 mövsümünə təsadüf edib. Bu müddətdə keçirilən 20 qarşılaşmada komandalar hərəyə 6 dəfə qalib gəlib. 8 matçda heç-heçə qeydə alınıb. 47 qolun vurulduğu oyunlarda top fərqi rəqibin xeyrinədir – 23:24.

Son üç ev oyununda “Keşlə”yə uduzmayan “Zirə” rəqibini 10-cu dəfə qəbul edəcək. Öz meydanında 3 qələbə və 5 heç-heçəsi olan “qartallar” yalnız 1 dəfə məğlubiyyətlə üzləşib. Qonaqların qapısından 13 top keçirən “Zirə” 9 qol buraxıb.

Noyabrın 22-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Keşlə” matçı saat 16:00-da başlayacaq.