Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atıldı

Bu gün Azərbaycan Premyer Liqasında 2020/21-ci il mövsümünün püşkatma mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən mərasim saat 15:00-da başlayıb. Püşkatmada yeni mövsümün ilk turunda qarşılaşacaq komandalar müəyyənləşib:

Azərbaycan Premyer Liqası, 2020/21-ci il mövsümü

1-ci tur

Neftçi – Səbail
Sumqayıt – Keşlə
Qarabağ – Sabah
Qəbələ – Zirə