“Qəbələ” Tovuzdan qələbə ilə qayıtdı

Azərbaycan Premyer Liqasında yeni mövsüm start götürüb.

Komanda.az xəbər verir ki, turun ilk oyununda Gəncə təmsilçisi “Kəpəz” “Zirə” ilə qarşılaşıb. “Kəpəz”in Gəncədə ev oyunlarını keçirdiyi stadion qəzalı durumda olduğundan, komanda Premyer Liqada ev oyunlarını Bakıda keçirməli olub. Qarşılaşmada hesabı qonaqlar açıblar. Amma fasilə ərəfəsində “Kəpəz” hesaba tarazlıq gətirə bilib. Matça əlavə olunmuş dəqiqələrdə daha bir qol vurmağa nail olan “Zirə”, mövsümün ilk matçından qalib ayrılmağı bacarıb.

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” ilk tur çərçivəsində “Səbail”lə qarşılaşıb. Ağdam təmsilçisi ilk oyunundan inamlı qələbə ilə ayrılıb.

Avropa Konfrans Liqasında mübarizə aparan “Neftçi” isə Premyer Liqanın yeni mövsümünün ilk turunda Şamaxıya səfər edərək, eyniadlı komanda ilə üz-üzə gəlib. Paytaxt klubu bu oyunda 3 xalı tək qolla qazanıb. Günün digər matçında isə “Sabah” “Sumqayıt”la ev oyunundan böyükhesablı qələbə ilə ayrılıb.

“Kəpəz” kimi Premyer Liqanın “yeni sakin”i olan “Turan Tovuz” bu turda doğma meydanda “Qəbələ” ilə qarşılaşıb. Bu, ilk turun son matçı olub və “Qəbələ”nin inamlı qələbəsiylə yekunlaşıb.

Azərbaycan Premyer Liqası, 1-ci tur

5 avqust

Kəpəz – Zirə 1:2
Qol: M.Erqemlidze, 45+1 – M.Hamdaui, 32. S.Taşkın, 90+4.
Qırmızı vərəqə: D.Çantakias, 83.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov
Hakim-inspektor: Ramil Diniyev
VAR hakimi: Vüqar Həsənli
VAR hakiminin köməkçisi: Rəhman İmami
Bakı. “Dalğa Arena”.

Kəpəz: 12. Kamran İbrahimov, 8. Tural Axundov (k), 11. Rauf Əliyev, 32. Elvin Yunuszadə, 74. Yusif Nəbiyev, 10. Əli Səmədov, 2. Zamiq Əliyev, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Georgi Kantariya, 24. Mixeil Erqemlidze.
Ehtiyat oyunçular: 1. Müşviq Nadirov, 68. Orxan Sadıqlı, 22. Əfran İsmayılov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Yaşar Vahabzadə.
Zirə: 1. Mehdi Cənnətov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 9. Loris Broqno, 47. Məhəmməd Hamdaui, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev, 64. Mahmud Ağayev.
Baş məşqçi: Rəşad Sadıqov.

6 avqust

Qarabağ – Səbail 3:1
Qol: M.Qurbanlı, 42. R.Şeydayev, 45+2-pen; 47 – E.Tağıyev, 71.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Hakim-inspektor: Babək Quliyev
Bakı. “Azersun Arena”.

Qarabağ: 23. Luka Quqeşaşvili, 7. Riçard Almeyda (k), 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 20. Kadi Borges, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 25. Vadji İbrahima, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu.
Baş məşqçi: Qurban Qurbanov.
Səbail: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev (k), 6. Cabir Əmirli, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 27. Emil Martinov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 20. Fakundo Kardozo, 23. Qustavo de Fransa.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 39. Tural Bayramlı, 7. Ruslan Hacıyev, 8. Elmir Tağıyev.
Baş məşqçi: Mahmud Qurbanov.

7 avqust

Şamaxı – Neftçi 0:1
Qol: E.Mahmudov, 80.
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
Şamaxı şəhər stadionu.

Şamaxı: 12. Əkpər Vəliyev, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 55. Adil Nağıyev, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 83. Nihad Quliyev.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 88. Bəhruz Teymurov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 16. Fuad Bayramov, 11. Kamran Quliyev, 77. Samir Qurbanov, 14. Uğur Cahangirov, 21. Qurban Səfərov.
Baş məşqçi: Vüqar Əsgərli.
Neftçi: 30. Aqil Məmmədov (k), 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 27. Fərid Yusifli, 82. Rüfət Abbasov, 7. Azər Əliyev, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato.
Ehtiyat oyunçular: 94. Əlirza Müştəbazadə, 8. Emin Mahmudov, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 97. Elşad Tağıyev, 84. Hüseyn Babayev, 71. Cavanşir Şahbazlı, 78. Elcan Əbilov, 3. Mamadu Mbodj, 24. Yusuf Laval.
Baş məşqçi: Laurentsiu Regekampf.

Sabah – Sumqayıt 3:0
Qol: A.Nuriyev, 28. C.L.Mikels, 53. K.Sebalyos, 90+5.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
“Bank Respublika Arena”.

Sabah: 12. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal.
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 94. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulah Xaybulayev, 5. İdris İnqilablı, 8. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.
Sumqayıt: 13. Aydın Bayramov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 30. Filipe Çabi, 5. Stiven Pereyra, 70. Ouro-Nil Ture, 22. Damian Daniçiç, 37. Alya Ture.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 3. Vurğun Hüseynov, 7. Araz Abdullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 55. İbrahim Əliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 23. Rifat Nurmuqamet.
Baş məşqçi: Aleksey Baqa.

8 avqust

Turan Tovuz – Qəbələ 0:2
Qol: İ.Alimi, 58-pen. R.Utziq, 63.
Qırmızı vərəqə: P.Marakvelidze, 31.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Asim Xudiyev
Tovuz şəhər stadionu.

Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Quseynov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 30. Piruzi Marakvelidze, 9. İmeda Aşortiya
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 97. Sadiq Şəfiyev, 5. Ben Aziz Dao
Baş məşqçi: Ayxan Abbasov

Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 91. Ramon Maçado, 10. Omar Hani, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 20. Rauf Rüstəmli
Baş məşqçi: Elmar Baxşıyev