7-ci “Qarabağ”lı

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün ilk qolu vurulub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, bu top 1-ci turun ilk oyununa təsadüf edib. Mövsümün açılış oyununda “Keşlə”nin qonağı olan “Qarabağ”ın futbolçusu İsmayıl İbrahimli əlamətdar topun müəllifi kimi tarixə düşüb. O, 78-ci dəqiqədə fərqlənib. Tarixdə 7-ci dəfə ilk qolu Ağdam klubunun üzvü vurub. İbrahimliyə qədər 6 dəfə belə hal qeydə alınmışdı.