Premyer Liqada 19-cu turun oyun cədvəli açıqlandı

Azərbaycan Premyer Liqasında 19-cu turun oyun cədvəli məlum olub.

Komanda.az xəbər verir ki, iki günü əhatə edəcək qarşılaşmalar “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Turun açılış matçı martın 8-də keçiriləcək. “Sabah” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək. 19-cu turun “Zirə” – “Qarabağ” matçı martın 9-da keçiriləcək.

Azərbaycan Premyer Liqası, 19-cu tur

8 mart

Sabah – Sumqayıt
“Bank Respublika Arena”, 16:00

Keşlə – Neftçi
“ASK Arena”, 18:15

9 mart

Qəbələ – Səbail
Qəbələ şəhər stadionu, 15:00

Zirə – Qarabağ
Zirə İdman Kompleksinin stadionu, 17:15