“Zirə” – “Qarabağ” matçının hakimləri bilindi

Azərbaycan Premyer Liqasında 19-cu turun növbəti iki oyunu üçün bütün təyinatlar müəyyənləşib.

Komanda.az xəbər verir ki, turun mərkəzi görüşü olan “Zirə” – “Qarabağ” matçının idarəçiliyi Elçin Məsiyevə tapşırılıb:

9 mart

Qəbələ – Səbail
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, İnqilab Məmmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu, 15:00

Zirə – Qarabağ
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamal Umudlu
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Zirə İdman Kompleksinin stadionu, 17:15