“Zirə” xal itirdi, “Neftçi” qalib gəldi

Dünən Azərbaycan Premyer Liqasında 18-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış matçı Bayılda olub. “Səbail” doğma meydanda “Keşlə”ni qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib.

Günün digər matçında son çempion “Qarabağ” “Qəbələ”ni sınağa çəkib. Ağdam klubu bu oyunda darmadağına sevinib.

Bu gün daha iki qarşılaşma keçirilib. Turnir cədvəlini 3-cü sırasında yer alan “Zirə” səfərdə “Sumqayıt”la qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb. Dünən “Qarabağ”ın qələbə qazanmasıyla 2-ci pilləyə geriləyən “Neftçi” bu gün “Sabah”ı məğlub edərək, ilk sıraya yüksəlməyi bacarıb.

Azərbaycan Premyer Liqası, 18-ci tur

2 mart

Səbail – Keşlə 1:1
Qol:
Peyman Keşavarz, 75 – Tural Axundov, 53.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rəhim Həsənov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“ASCO Arena”, 16:00

Səbail: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 55. Adil Nağıyev, 28. Məqsəd İsayev, 22. Əfran İsmayılov, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarz, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 11. Rauf Əliyev, 9. Florian Kadriu, 19. Luka İmnadze, 20. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 44. Şamil Cəfərov
Baş məşqçi: Aftandil Hacıyev

Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 2. İlkin Qırtımov, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 23. Nicat Qurbanov, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 9. Anatole Abanq, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 20. Rail Məlikov, 32. Elvin Yunuszadə, 21. Miyusko Boyoviç, 14. Turan Vəlizadə, 79. Bahadur Həziyev, 78. Şirin Şirinov
Baş məşqçi: Sənan Qurbanov

______________________________________________________________________________

Qarabağ – Qəbələ 3:0
Qol: Filip Ozobiç, 22; 34-pen. Mahir Emreli, 38.
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“Azersun Arena”, 18:15

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 9. Xayme Romero, 6. Patrik Andrade, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.

Qəbələ: 1. Anar Nəzirov (k), 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 99. Ceyms Adeniyi, 77. Merab Giqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 10. Rövlan Muradov, 71. Rüfət Əhmədov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 5. Rasim Ramaldanov, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı.
Baş məşqçi: Elmar Baxşıyev.

______________________________________________________________________________

3 mart

Sumqayıt – Zirə 0:0
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Vüqar Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: İlham Əliyev
Sumqayıt şəhər stadionu, 16:00

Sumqayıt: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 78. Dmitro Nağıyev, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 30. Nəbi Məmmədov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 65. Sənan Ağayev, 37. Nicat Əliyev
Baş məşqçi: Ayxan Abbasov

Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 26. Nemanya Andelkoviç, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 29. Musa Qurbanlı, 77. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov

______________________________________________________________________________

Neftçi – Sabah 2:1
Qol: Namiq Ələsgərov, 34. Mirabdulla Abbasov, 64 – Təmkin Xəlilzadə, 90+3-pen.
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Elçin Məsiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
8-ci km stadionu, 18:15

Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 29. Sabir Buqrin, 9. Ahmed Ahmedov, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 28. Stiven Monroz, 10. Saman Nərimancahan, 91. Tallison Diaz, 20. Mert Çelik, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 72. Emin Zamanov, 70. Asim Əlizadə
Baş məşqçi: Samir Abasov

Sabah: 12. Alvaro Villete, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 4. Bəhlul Mustafazadə (k), 10. Aleksey İsayev, 13. Filip İvanoviç, 28. Kevin Kubemba, 48. Dmitro Klots, 3. Zurab Oçiqava, 26. Fofana Tiemoko, 6. Şakir Seyidov
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 31. Rüstəm Samiqullin, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 34. Bəxtiyar Həsənalızadə, 9. Xulio Sezar Rodriqez, 2. Amin Seydiyev, 77. Veysəl Rzayev
Baş məşqçi: Visente Qomez