Azərbaycan Premyer Liqası klubları futbolçuların məvaciblərini azaldacaqmı? SORĞU

Dünyada geniş yayılan koronavirus pandemiyası futbolu da sıradan çıxarıb. Artıq bütün dünyada nə beynəlxalq turnirlər, nə də ölkə çempionatları keçirilir. Bunların bəziləri qeyri-müəyyən müddətə təxirə salınıb, bəzilərində isə mövsüm dayanıb və artıq çempion bəlli olub. Ölkə çempionatlarının dayanması səbəbiylə artıq bəzi klublar futbolçuların və məşqçilərin məvaciblərini ödəmir, bəziləri isə bir hissəsini ödəyir.

Koronavirus pandemiyası Azərbaycan Premyer Liqasının da təxirə salınmasına səbəb olub. PFL-in açıqladığı qərara görə, ölkə çempionatı 14 apreldən tez başlamayacaq. Bəs Premyer Liqa təmsilçiləri çempionatın dayandırılmasına görə futbolçuların və məşqçilərin məvaciblərini azaldacaqmı?

Bu suala cavab tapmaq üçün Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların mətbuat xidmətlərinin rəhbərlərinə müraciət etdik:

Nurlan İbrahimov (“Qarabağ”)

“Futbolçuların məvaciblərinin verilməməsiylə bağlı bir düşüncəmiz yoxdur. Ümumiyyətlə, çempionatın nə zaman başlayıb, nə zaman bitəcəyini bilmirik. Buna görə də, belə bir məsələ aktual deyil”.

Rüstəm Allahverdiyev (“Neftçi”)

“Hazırda belə bir məsələ gündəmimizdə olmadığı üçün sualı cavablandıra bilməyəcəm. Belə bir məsələnin müzakirəsi belə, olmayıb”.

Anar Hacıyev (“Qəbələ”)

“Hazırda gündəmimizdə belə bir məsələ yoxdur”.

Elnur Həmidov (“Sabah”)

“Xeyr, belə bir şey ümumiyyətlə müzakirə olunmayıb. Futbolçulara məvacibləri həmişəki kimi, vaxtında veriləcək”.

Elmar Abdullazadə (“Zirə”)

“Klubda məvacib məsələsi müzakirə olunmayıb”.

Törə Əhmədova (“Səbail”)

“Belə bir məsələ yoxdur, iki gündür ki, məvaciblər verilib”.

Rəşad Məmmədov (“Sumqayıt”)

“Məvacibin azaldılması və ya verilməməsi “Sumqayıt” klubunda müzakirə mövzusu deyil”.

Murad Axundov (“Keşlə”)

“Əlbəttə ki, belə bir şey ola bilməz. İstər futbolçular, istər məşqçilər, istərsə də digər işçi heyəti məvaciblərini alır. Çempionat oyunlarının təxirə salınması məvaciblərin verilməsinə təsir etməyəcək”.

Şahin Cəfərov