Azərbaycan millisinin futbolçusu məhkəməyə çıxarıldı

Azərbaycan millisinin və İspaniyanın “Albasete” klubunun futbolçusu Eddi İsrafilov məhkəmə qarşısına çıxıb.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi 2016-cı ildə “Eybar”da çıxış edərkən sabiq komanda yoldaşları Serxio Enrik və Antonio Lunanın bir xanımla cinsi əlaqə videosunu yaymaqda ittiham olunduğu üçün ifadə verir.

San-Sebastyandakı 3 saylı Cinayət Məhkəməsi hazırda davam edir və adıçəkilən şəxslər dindirilir. İsrafilovun günahı sübuta yetirilərsə, 1 ildən 3 ilədək azadlıqdan məhrum oluna bilər.

Eddi İsrafilov 2015-ci ildən Azərbaycan millisinin formasını geyinir.