Dadaşov oynadı, komandası…

Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun formasını geyindiyi “Feniks Rizinq” klubu “Visit Tucson Sun Cup” turnirində ilk oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Arizona təmsilçisi “Kolumbus Kryu” klubu ilə qarşılaşıb. Görüş “Feniks Rizinq”in 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Rüfət Dadaşov da bu görüşün iştirakçısı olub. 28 yaşlı hücumçu start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Rüfət qış transfer pəncərəsi dövründə “Proyssen”dən “Feniks Rizinq”ə keçib.