Renat Dadaşov “Vulverhempton”da dubl etdi

Azərbaycan millisinin üzvü Renat Dadaşov “Vulverhempton” klubunda 2-ci oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Dadaşovun formasını geyindiyi komanda “Birmingham Senior Cup” turniri çərçivəsində “Tividale” klubu ilə qarşılaşıb. Görüş “Vulverhempton”un 6:0 hesablı qələbəsiylə başa çatıb.

Oyuna start heyətdə çıxan Dadaşov 2 qol vurub.

2019-cu ilin yayında “Eştoril”dən “Vulverhempton”a keçən Renat, daha sonra “Pasuş de Ferreyra” klubuna 1 illik icarəyə verilmişdi. Portuqaliya təmsilçisində özünü göstərə bilməyən Dadaşov, müqaviləsinin bitməsinə 6 ay qalmış “Vulverhempton”a qayıdıb.