Azərbaycan millisinin üzvü İngiltərə kuboku ilə erkən vidalaşdı

Futbol üzrə İngiltərə Liqa kubokunda ilk təsnifat mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının yarımmüdafiəçisi Serhat Taşdemirin formasını geyindiyi “Piterboro Yunayted” də bu turnirdə ilk sınağına çıxıb.

Sözügedən kollektiv səfərdə “Oksford Yunayted”lə qarşılaşıb. Minimal hesabla məğlub olan futbolçumuzun komandası mübarizəni elə startdaca dayandırmalı olub – 0:1.

Serhat da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.