Eddi İsrafilov üçün yeni baş məşqçi

Azərbaycan millisinin üzvü Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, İspaniyanın Sequnda təmsilçisinin “sükan”ı Fran Fernandesə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 39 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Fernandes son olaraq “Almeriya”nı çalışdırıb.