Nazarovun klubu əməkdaşlığa başlayır – ruslarla

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” klubu yeni əməkdaşlığa başlayır.

Komanda.az xəbər verir ki, Aue təmsilçisi Rusiyanın “Spartak” klubu ilə əməkdaşlıq edəcək. Bu barədə “Ersgebirge” klubunun sahibi Helge Leonhardt “Bild” nəşrinə açıqlamasında deyib:

“Yaxın zamanda müqavilə imzalayacağıq. Nəticədə, “Spartak” Rusiyanın əsas klublarındandır. Bu əməkdaşlıqdan faydalanmaq istəyirik”.

Bir müddət əvvəl “Ersgebirge”nin qapıçı məşqçisi Maks Urvantşki “Spartak” klubuna keçmişdi. Moskva təmsilçisinin baş məşqçisi alman mütəxəssis Domeniko Tedeskodur. 34 yaşlı çalışdırıcı 2017-ci ilin mart-iyun aylarında “Ersgebirge”də baş məşqçi kimi işləyib.

2016-cı ildən “Ersgebirge” klubunun şərəfini qoruyan Nazarovun hazırkı müqaviləsi 2023-cü ilə qədərdir.

Almaniyanın 2-ci Bundesliqasında mübarizə aparan “Ersgebirge” 9 turdan sonra 15 xalla 4-cü pillədə qərarlaşıb.