Azərbaycan millisinin üzvü axtarışa verildi

Azərbaycan millisinin güləşçisi Nurməhəmməd Hacıyev axtarışa verilib. 

Komanda.az xəbər verir ki, bu barədə “Chernovik” nəşri məlumat yayıb.

24 yaşlı idmançı Mahaçqala sakini Abdulbəşir Ömərovun öldürülməsində ittiham olunur. 

Azərbaycan Güləş Federasiyasından bildirilib ki, hadisədən sonra güləşçinin ailəsi ilə əlaqə saxlanılıb. Federasiya hadisənin necə baş verdiyini öyrənməyə çalışdığını vurğulayıb:

“Əldə etdiyimiz məlumata görə, cinayət ailə-məişət zəminində münaqişə üzündən baş verib. Bu münaqişə zamanı cinayət törədilib. Ancaq bildiyimizə görə, Nurməhəmməd Hacıyev birbaşa cinayətdə iştirak etməyib. Sadəcə hadisə şahidi olub. Araşdırma davam edir. Federasiya prosesin davamını və yekunlaşmasını gözləyir”.

Nurməhəmməd Hacıyevlə yanaşı, Surakat Asiyatilov və Hüseyn Asiyatilov da Abdulbəşir Ömərovun ölümündə təqsirləndirilir. Ömərov “Daqavtodor” və “Kaspi” Yollar İdarəsinin sabiq rəhbəri Məhəmmədrəsul Ömərovun qardaşı oğludur. (Report)